Gəncədə binada partlayış - Sakinlər təxliyə edildi

17:06 09.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə evdə qaz partlayıb.

Hafta.az-ın məlumatına görə, şəhərdə 5 mərtəbəli yaşayış binasında anidən partlayış olub. Nəticədə, 1985-ci il təvəllüdlü E.Qurbanov xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Bina sakinləri təxliyə edilib. Əraziyə FHN əməkdaşları cəlb edilib.